Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi

31 İyul 2021 20:02

Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı qurumun tvitter hesabında yazılıb:

"Can Azərbaycan "Bir millət, iki dövlət" deyiminin sözdən ibarət olmadığını bir daha sübut elədi. Azərbaycanlı əsgərlər yağınsöndürmə işlərinə dəstək olmaq üçün Marmarisə gəlib. Yaxşı ki, varsınız, dəstəyiniz üçün təşəkkür edirik".

Milli.Az