Ağzını 6,5 sm aça bilən qadın Ginnesin Rekordlar Kitabına düşdü

31 İyul 2021 10:12

1,7 milyon abunəçisi olan "TikTok" sosial şəbəkəsinin ulduzu ən böyük ağzı olduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Konnektikut ştatından olan 31 yaşlı Samanta Ramsdellin videoları qadının bənzərsiz görünüşünə görə bir neçə dəfə yayılıb - onun ağzı 6,5 sm açılır.

Ramsdellin adı dünyanın ən böyük ağzına malik qadın kimi rəsmi şəkildə Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az