Elçibəyin oğlunun toyundan görüntülər

31 İyul 2021 09:18

Xəbər verdiyimi kimi, dünən mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyu olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakıdakı restoranlarından birində keçirilən toy mərasimi şəhidlərimizin xatirəsinin yad olunması və Azərbaycanın dövlət himninin səsləndirilməsiylə başlayıb.

Qeyd edək ki, Ərturqut Əliyev Aytək adlı xanımla ailə həyatı qurur. Cütlüyün qız toyu Naxçıvanda baş tutub.

Milli.Az