İstanbulda küçədə iki kişi qadını təklədilər

31 İyul 2021 09:06

İstanbulun Bağçalıevlər rayonunda gənc qadın iki kişinin hücumuna məruz qalıb.

Milli. Az oxu.az-a istinadən məlumat verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qadın əlinə taxta parçası alaraq özünü müdafiə etməyə çalışıb. Lakin ikinci şəxsin müdaxiləsindən sonra gücü tükənib və yerə yıxılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarının araşdırır.

Milli.Az