Antalyada yanğın yayılır, sakinlər təxliyyə edilir - FOTO

31 İyul 2021 08:58

Antalyanın Manavqat rayonundakı meşə yanğınlarının böyüməsi səbəbindən daha bir məhəllə təxliyyə edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Gebece məhəlləsindəki yanğın küləyin təsiri ilə Əhmədlər məhəlləsinə doğru irəliləyib.

Alovun yaşayış yerlərinə yaxınlaşmasına görə vətəndaşlara xəbərdarlıq edilib. Sakinlərin daha etibarlı yerlərə daşınmasına başlanılıb.

Milli.Az