Fəthiyyədə də yanğın başladı - FOTO

31 İyul 2021 08:38

Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonunda da meşə yanğını başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonda meşəlik ərazidə başlayan yanğına hazırda müdaxilə edilir. Ölüdəniz məhəlləsi ətazisindəki yanğının səbəbi hələlik bilinmir.

Qeyd olunub ki, küləyin təsiri ilə yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Milli.Az