Abşeronda qadın əri tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib

31 İyul 2021 08:18

Abşeronda qadın əri tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib
Abşeron rayonunda qətl hadisəsi törədilib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az