Tokio-2020: Daha 21 nəfərdə koronavirus aşkarlanıb

31 İyul 2021 08:33

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 21 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni yoluxanlar arasında idmançılar yoxdur.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.

Milli.Az