İraqda neft zavodu vuruldu

31 İyul 2021 08:03

İraqın şimalında neft şirkətlərindən birinin böyük bir müəssisəsi raket hücumuna məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident Səlahəddin əyalətinin Baiji şəhərində (Bağdaddan 200 kilometr şimal-qərbdə) baş verib.

Bildirilir ki, kustar üsulla hazırlanan raket neft emalı ilə məşğul olan müəssisənin ərazisinə düşüb.

Hadisə nəticəsində dağıntılar əvə xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az