Türkiyədə koronavirusdan 69 nəfər vəfat edib.

31 İyul 2021 07:05

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 69 nəfər vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 256 460 nəfər test edilib, 22 083 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 752 nəfər sağalıb.

Milli.Az