Bakıda avtoqəza olub, yolda sıxlıq yaranıb - FOTO

30 İyul 2021 23:30

Bakının Sabunçu rayonu ərazisində, Böyük Şor şosesində yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

"Hazırda metronun "Koroğlu" stansiyasından Sabunçu yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq H.Əliyev prospektinin bu hissəsində baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb", - deyə M.Ağayev "Facebook" səhifəsində yazıb.

Milli.Az