Ağstafada maşın işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

30 İyul 2021 22:44

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb, nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı 1974-cü il təvəllüdlü Əsgərov Nurlan Baloğlan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az