Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü

30 İyul 2021 22:25

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 622 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 830 774 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 68 nəfər, hazırkı dövrədək isə 129 583 nəfər vəfat edib.

Milli.Az