Türkiyədə bir evə hücum olub, 7 nəfər qətlə yetirilib

30 İyul 2021 21:54

Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər odlu silahla qətlə yetirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb.

Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Baş vermə səbəbi hələlik məlum olmayan insidentlə bağlı araşdırma başlanıb.

Milli.Az