Aktrisanın gözəllik sirləri

1 Avqust 2021 15:55

Aktrisa Ebru Şahin sevgilisi basketbolçu Cedi Osmanla ötən gecə konsertdə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tərzi ilə diqqət çəkən aktrisanın gözəllik sirləri ortaya çıxıb.

Ebru Şahin fürsət tapdıqca dərisini gül suyu ilə masaj edir. Tam taxıl dənli məhsullar yeyən aktrisa lifli qidalara üstünlük verir. Üzünə darçın, bal və süd maskası ilə qulluq edir.

Saçlarına zeytun və ya kakos yağı çəkən Ebru əllərinə və dırnaqlarına qulluq etmək üçün zeytun yağından istifadə edir.

Milli.Az