17 yaşlı oğlan atasını güllələdi - Qeyri-adi səbəb - FOTO

30 İyul 2021 19:42

Adanada 17 yaşlı bir gənc ona pul vermək istəməyən atasını silahla vurmaq istəyərkən səhvən davanı dayandırmaq istəyən şəxsi güllələyib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, nişanlısı tərəfindən rədd edilən gənc atası Gökhan Çelikdən 150 lirə istəyib. Atası da ona cəmi 70 lirə verəndə aralarında mübahisə yaranıb.  Atasından pulu tam verməsini istədikdə ata-oğul arasındakı mübahisə silahla davaya çevrilib. Pulunu atasından ala bilməyən gənc atasına üç dəfə atəş açıb. Güllə atasının ayaqqabısına dəyib. Sıçrayan güllələrdən biri araya girən Mustafa Doğanın başına dəyib. Gənc hadisə yerindən qaçıb.

Qeyd edilir ki, nənə Sevim Özdemir nəvəsinin atasını vurmaq istəyərkən davanı saxlamaq istəyən günahsız bir insanı güllələdiyini deyib: "Nəvəm dəli olub, narkomandır. Qızım qaçmasaydı, onu da güllələyəcəkdi. Evdəki bütün şüşələri sındırdı". Yaralının vəziyyətinin ağır olduğu və əməliyyata aparıldığı öyrənilib.

Kamran Seyidov
Milli.Az