«Hyundai» yeni «Elantra»nı təqdim etdi – FOTOSESSİYA
1 May 2010 11:50
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət gözlənilmədən bir çox bazarlarda "Elantra" kimi tanınan "Avante"nin yeni nəsil modelini təqdim edib. Onun əvvəlki "Elantra"dan əsas fərqi əlbəttə ki, dizaynındadır. Koreyada keçirilən təqdimat mərasimindən avtomobilin yalnız xarici görünüşünün şəkilləri yayılıb. Amma onun salonunda da yeniliklərin olduğuna şübhə yoxdur.
Hələlik yeni model yalnız 1,6 litr həcmli mühərriklə buraxılıb. Lakin qarşıdakı dövrdə fərqli mühərriklə də avtomobillərin istehsalı nəzərdə tutulur. Onun Avropa bazarlarına yalnız gələn il gətiriləcəyi bildirilir.
Milli.Az
________________________________________