Uşaqlıq dostunu kürəyindən vurub öldürdü

30 İyul 2021 19:48

Manisada 26 yaşlı Mustafa Ş. mübahisə etdiyi 25 yaşlı uşaqlıq dostu Doğuxan Kahramanı tapançayla kürəyindən vuraraq öldürüb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bəlli olmayan səbəbdən baş verən insidentdən sonra qatil qaçıb. Yaralı isə xəstəxanaya aparılıb. Doğuxan təcili yardım otağında edilən bütün səylərə baxmayaraq vəfat edib.

Kamran Seyidov
Milli.Az