Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda

30 İyul 2021 15:02

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020-də 1/4 final döyüşünə çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 81 kq çəki dərəcəsində yarışan idmançımız bu mərhələdə türkiyəli Bayram Malkanla qarşılaşıb.

İlk raundda rəqibinə uduzan boksçu 2 və 3-cü raundlarda daha yaxşı çıxış edərək yarımfinala yüksəlib. Beləliklə, o, ən azı bürünc medalı təmin edib.

Milli.Az