Acun məhkəməyə verdiyi Zuhalı kanalına gətirdi

30 İyul 2021 16:50

"Fox TV" ilə yollarını ayıran məşhur aparıcı Zuhal Topalın yeni iş yeri məlum olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "TV8"in rəhbəri Acun Ilıcalı uzun illər məhkəməlik olduğu Zuhal Topalı öz kanalına transfer etməyə hazırlaşır.

Tərəflərin yeni mövsümlə bağlı görüşdüyü və razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Ilıcalı bir müddət əvvəl "FOX- TV"də yayımlanan "Zuhal Topalla Sofrada" proqramının "TV 8"də efirə gedən "Yemekdeyiz" verilişi ilə eyni formatda olduğunu deyərək, məhkəməyə müraciət etmişdi.

Milli.Az