Dincəlmək əvəzinə çimərlikdəki zibilləri yığdı - FOTO

30 İyul 2021 14:32

Ayvalıqdakı film çəkilişlərinə ara verən aktrisa Seda Bakan istirahətə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Ali Erellə Bodrumda dincələn aktrisa nümunəvi addımı ilə digərlərinə örnək olub.

Seda çimərlikdə dincəlməzdən öncə dənizdə və sahildə olan plastik paket, qab, dəsmal, maska ​​kimi tullantıları bir-bir yığıb. Təqdirə layiq hərəkəti ilə diqqət çəkən aktrisa obyektivlərə tuş gəlib.

Milli.Az