"İnsanları niyə azaltmaq istəyirlər? Çünki..." - Xatirə özündən çıxdı

30 İyul 2021 13:16

"Allahım, özün kömək ol. Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər. Çünki dünyanı dağıdan, yandıran insandır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edən sənətçi sözlərinə belə davam edib:

"Təbiəti məhv edib, heyvanları öldürən, ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda "butulka" zibilliyi yaradan insandır. Nə bilim... Allahım, kömək ol bizə, ya da dəyiş bizi, beynimizi düzəlt".

Milli.Az