Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları ötüb

30 İyul 2021 15:44

Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 mlrd. ABŞ dollarına çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB-nin valyuta ehtiyatları da ilin əvvəlindən 2% artaraq 6,5 mlrd. dollara çatıb.

Milli.Az