“TikTok”un trendinə düşən “çelovek pauk gəldi” - VİDEO

30 İyul 2021 14:02

Dünyaca məşhur "TikTok" sosial şəbəkəsində bir neçə həftədir Azərbaycan imzalı yeni trend gündəmi zəbt edib. Belə ki, gənclər Basta Raymsın "I know what you want" adlı trekinin remiks versiyası sədaları altında rəqs edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istifadəçilərin ard-arda çəkdiyi videolarda maraqlı məqam isə remiksdən əvvəl "Çelovek pauk (Hörümçək adam) gəldi" sözlərinin yer almasıdır.

Həmin ifadə 2017-ci ildə Azərbaycanda premyerası olan "Kəklikotu" filmində səsləndirilib. Fenomenə çevirilən sözləri ekran işində Qafar obrazını canlandıran gənc aktyor Əlixan Rəcəbov səsləndirib.

Həmin sözlərlə Qafqaz ab-havalı remiks qısa müddətdə MDB, Şərqi Asiya və əksər Avropa ölkələrində populyarlaşıb.

Milli.Az