Güclü tornado binaları dağıtdı

30 İyul 2021 19:12

ABŞ-ın Pensilvaniya əyalətində baş verən güclü tornado nəticəsində bir neçə bina dağılıb, 5 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət Bensalem bölgəsindəki binaları dağıdıb.

Elektrik xətlərinin sıradan çıxması nəticəsində ən azı 7 min sakin işıqsız qalıb.

Milli.Az