İnteraktiv avtobus dayanacağı

30 İyul 2021 21:45

İsveçin bəzi şəhərlərində quraşdırılan interaktiv avtobus dayanacağı sərnişinlərin istifadəsinə veriləndən sonra həmin xətdə sərnişin axını 35 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dayanacaq sərnişinlər üçün maksimum rahatlıq təmin edir və hətta özü işıq və səsin köməyi ilə avtobusların yaxınlaşması və marşrut barədə məlumat verir.

Maraqlıdır ki, dayanacaqda oturacaq da yoxdur. Dayanacağın damına dönən modullar əlavə edilib ki, bu da sərnişinləri küləkdən qoruyur.

Milli.Az