Ebru Gündeş və Rza Zərrab ilk dəfə mətbuat qarşısına çıxdı - FOTO

1 May 2010 11:10
Milli.Az xəbər portalı Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, il yarımdır mətbuat nümayəndələri cütlüyü çəkə bilmirdi. Onlar istirahətlərini yaxtada keçirir, getdikləri restoranlarda ofisiantların kameralı telefonlarını belə yığışdırtdırırdılar.

Bu dəfə isə belə olmayıb. Onlar maşından cangüdənsiz düşüblər və mətbuat işçiləri ilə qarşılaşıblar. Bununla belə, nə Ebru Gündeş, nə də Rza Zərrab jurnalistlərin suallarına cavab verib.

Qeyd edək ki, 36 yaşlı Ebru Gündeş və ondan 10 yaş kiçik olan Rza Zərrab bu il fevralın 2-də evləniblər.

Milli.Az
---------------------------------------------




--------------------------------------------------------------------------------- 


---------------------------------------------------------------------------------