Qardaş Türkiyənin yanındayıq! - FOTO

30 İyul 2021 11:40

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş verən  meşə yanğınları və onların törətdiyi fəsadlar hər bir Azərbaycan vətəndaşını da kədərinə səbəb olub.

Milli.Az xəbər verir ki, əksər media vasitələrində qardaş ölkəni ağuşuna alan yanğınlarla bağlı xəbərlər yerləşdirilir, faciə ilə bağlı Türkiyəyə dəstək nümayiş etdirilir. Azərbaycan əmindir ki, Türkiyə hökumətinin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək.

Milli.Az kollektivi olaraq dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına allahdan səbir diləyirik.

Milli.Az