Bodrumda yanğın söndürüldü: Turistlər otellərə qayıdır

30 İyul 2021 11:28

Türkiyənin Bodrum şəhərində baş vermiş yanğın söndürülüb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Əhməd Aras məlumat yayıb. 

Yanğın zamanı təxliyə olmuş turistlər yenidən hotellərinə geri qaytarılıb. Turistlərin xəsarət almadığı bildirilir. 

Qeyd edək ki, Kayseri, Muğla, Mərsin, Kütahya, Adana və Manisada hələ də meşə yanğınları davam edir. 

Milli.Az