Qadını dəmir yolu vağzalında öldürdülər

30 İyul 2021 11:04

Xaçmazda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin dəmiryol vağzalı ərazisində qeydə alınıb. İlkin məlumata görə, orta yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təfərrüatlar araşdırılır.

Milli.Az