Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb

30 İyul 2021 09:10

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı səkkizdəbir final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz dörddəbir finalda Mijin Hanla (Koreya Respublikası) üz-üzə gələcək.

Milli.Az