Kakauri də uduzdu - FOTO

30 İyul 2021 08:49

Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, bu raundda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib. Cüdoçumuz bu dəfə rəqibinə əlavə vaxtda uduzub.

Milli.Az