Tayvanda 4,5 bal gücündə zəlzələ olub

30 İyul 2021 08:59

Tayvanın şərqində 4,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin adasının Seysmoloji xidməti bildiib.

Məlumata əsasən, yeraltı təkanların episentri sahil zolağında Hualyan şəhərindən 17,1 kilometr məsafədə olub. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az