Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı artıb

30 İyul 2021 07:25

Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib.

Nazir bildirib: "Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib".

Qeyd edək ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.

Milli.Az