"Müdirim məni bağ evində zorlayıb" dedi, gerçəklər üzə çıxanda pis vəziyyətə düşdü

30 İyul 2021 03:33

18 yaşlı qızın iddiası ilə saxlanılan 41 yaşlı kişi gerçəklər üzə çıxdıqdan sonra sərbəst buraxılıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, Bursa şəhərində yaşayan 18 yaşlı S.Y 41 yaşlı müdirini polisə verib, təcavüzə məruz qaldığını iddia edib.

Qızın iddiasına görə bağ evində müdiri ilə spirtli içki içdikdən sonra kişi onunla intim münasibətdə olmaq istəyib.

Onun ərizəsi əsasında Ü.B saxlanılıb. Lakin, məlum olub ki, qız müdiri onun maaşını qaldırmadığı üçün böhtan atıb.

Nəticədə kişi sərbəst buraxılıb.

İsmayıl
Milli.Az