Bakıda beşotaqlı evdə yanğın olub

29 İyul 2021 21:14

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxində paltaryuyan maşın, televizor və 3 p.m mətbəx mebeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az