Bakının mərkəzində ağacdan asılmış meyit tapıldı
1 May 2010 10:44
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə aprelin 30-da Neftçilər prospekti 24 ünvanında, Dalğa Plazanın qarşısında yaşıllıq zolağında baş verib. Naməlum kişinin meyiti kapron iplə asılmış vəziyyətdə aşkar edilib.
Mərhumun şəxsiyyəti və hansı şəraitdə ölməsi və ya özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az