Yoluxanların sayı azaldı, ölənlərin sayı artdı

29 İyul 2021 17:00

Azərbaycanda bu gün koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan dünyasını dəyişib.

Milli.Az