Gimnastlarımız da Tokioya yollanır - FOTO

29 İyul 2021 19:42

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan gimnastları Yaponiyaya yollanırlar.

İdmançılar olimpiadada fərdi və qrup komandası tərkibində çıxış edəcəklər.

Zöhrə Ağamirova fərdi çöxnövçülükdə, Yelizaveta Luzan, Darya Sorokina, Məryam Səfərova, Ləman Əlimuradova və Zeynab Hummatova isə qrup yarışlarında iştirak edəcək.

Qeyd edək ki, Tokio-2020-də bədii gimnastika yarışları avqustun 7-də başlayacaq.

Milli.Az