Yol polisi əməkdaşının 500 min dollarlıq avtomobil kolleksiyası - FOTO

30 İyul 2021 03:03

Moskva məhkəməsi keçmiş yol polisi və xanımının əmlakının müsadirə olunması barədə qərar çıxarıb.

Milli.Az "kommersant"a istinadən xəbər verir ki, cütlük korrupsiya yolu il əldə olunan avtoparka və daşınmaz əmlaka sahib olublar. Onların maış markası isə hüyrət doğurub - BMW Х5, Porsche Cayman, Porsche Macan S Diesel, Porsche Macan GTS və Yamaha WR 450F motosikleti olub. Bundan əlavə, qadın böyük sayda torpaq sahələrinə malik olub. 16 illik işi müddətində isə polisdə altı milyon rubl qazanıb. Onun evindən axtarış zamanı marşal formasında, eləcə də, iki dəfə Sovet İttifaqı ordeni ilə bəzədilən portreti aşkar olunub.

Kamran Seyidov
Milli.Az