ABŞ Bakıya hərbi yardımları kəsməyəcək: Pallone yenə erməniləri aldatdı

29 İyul 2021 15:58

ABŞ Konqresinin Nümayəndələr Palatası "Xarici hərbi yardımlar, hərbi təhsil və təlimlər haqqında" ("International Military Education and Training" and "Foreign Military Financing Program", H.R.4373) qanuna dəyişiklikləri qəbul edib. Həmin dəyişikliklər Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutur.

Dəyişikliyin müəllifi Demokrat Partiyanın mənsubu, Nyu-Cersi ştatından seçilmiş qatı ermənipərəst konqresmen Frenk Pallonedir.

O, Qarabağdakı ermənilərə "yardımların artırılması və ərazilərin minalardan təmizlənməsi üçün 2 milyon dollar ayrılması"nı da təklif edib.

Dəyişiklikdə deyilir: "Mövcud qanuna uyğun olaraq ABŞ büdcəsindən ayrılan hər hansı vəsaiti Azərbaycan əldə edə bilməz".

Bununla belə, yeni dəyişiklik ABŞ Federal Qanunlarının 333-cü bölməsinə uyğun olaraq Müdafiə Nazirliyinin Azərbaycana diskresion hərbi avadanlıq verməsinə maneələr yarada bilməz.

ABŞ indiyədək Azərbaycana 120 milyon dollarlıq hərbi yardım edib. Bu pullar silah, sursat və ya hərbi texnikanın alınmasına, yaxud həmin vasitələrin əldə edilməsinə yox, təlimərə, treninqlərə və Birləşmiş Ştatların amortizasiya qiymətini dəfələrlə artırdığı ikinci istifadə prinsipli (yəni hərbi texnika və silah olmayan) avadanlığın verilməsinə sərf olunub.

Bakı yox, Vaşinqton tərəfindən.

Ermənilər bu dəyişikliyi bayram edirlər.

Halbuki ciddi heç nə baş verməyib.

Konqresin qəbul etdiyi qərara uyğun olaraq, ABŞ-ın Azərbaycana ünvanladığı "hərbi yardım" ildə maksimum 1,5 milyon dollar təşkil edirdi. O pullar da hərbçilərin seminarlarına, səfərlərinə, görüşlərinə, treninqlərə sərf olunurdu.

ABŞ-ın Azərbaycana hərbi texnika verməsi bundan sonra da davam edəcək, çünki həmin proses diskresion hərbi texnikanı nəzərdə tutur.

Göründüyü kimi, F.Pallone ermənilərdən aldığı böyük məbləğdə pulların müqabilində primitiv klounada ilə məşğuldur.

Aldanan yenə ermənilərdir.

Orxan Hun
Milli.Az