"Piro Karker" ləqəbli terrorçu tutuldu

29 İyul 2021 17:28

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində "Piro Karker" kod adlı PKK-çı Cimşit Dəmir yaxalanıb.

Qeyd edək ki, araşdırma nəticəsində adıçəkilən terrorçunun Avropaya qaçmağa hazırlaşdığı da məlum olub.

Milli.Az