Bölgələrdə şəhid ailələri üçün evlərin tikintisinə başlanılıb

29 İyul 2021 15:32

Bölgələrdə şəhid ailələri və müharibə əlilləri üçün 460-dan çox fərdi evlərin tikintisinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bu kateqoriyadan olan ailələrə 2020-ci ildə 1572 mənzil və fərdi yaşayış evi təqdi edilib.

V.Bayramov bildirib ki, 2021-ci ilin yanvar ayında Prezident sərəncam imzaladı və bu sərəncama əsasən 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin ediləcək. O qeyd edib ki, bu il 3000 ailənin mənzillə təmin olunması nəzərdə tutulur: "Artıq bu kateqoriyadan olan 1300 ailə mənzillərlə təmin olunub, digər ailələrin də təmin olunması istiqamətində ilər aparılır".

V.Bayramov əlavə edib ki, bölgələrdə şəhid ailələri və müharibə əlilləri üçün 460-dan çox fərdi evlərin tikintisinə başlanılıb və tikinti başa çatdıqdan sonra həmin evlər ailələrə təqdim olunacaq.

Milli.Az