Türkiyənin daha bir şəhərində meşə yanğını baş verib

29 İyul 2021 17:10

Türkiyənin Marmaris şəhərində meşə yanğınları başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın Armutalan adlı bölgədə başlayıb.

Yanğını nəzarətə almaq üçün Muğladakı yanğınsöndürən briqadalar hadisə yerinə göndərilib.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Alovlar tez bir zamanda geniş əraziyə yayılıb və yaşayış yerlərinə təhlükə doğurur. Yanğın yaşayış yerlərinə yaxın ərazidə baş verdiyindən otel və istirahət yerlərində təhlükəsizlik tədbirləri görülüb. 

Hazırda yanğını nəzarət altına almaq istiqamətində işlər davam etdirilir.

Milli.Az