Ağcabədidə küçəyə atılan körpənin anası tapıldı

29 İyul 2021 16:46

Ağcabədi rayonunda küçəyə atılmış yeni doğulmuş körpənin anası tapılıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən "Şəhidlər Xiyabanı"nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyən edilib. 

Körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Milli.Az