Maşında yanaraq öldülər

29 İyul 2021 17:06

Moskva vilayətinin Lıtkarino kəndi yaxınlığında ağır qəza baş verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qəza nəticəsində maşında 3 nəfər diri-diri yanıb. 

İlkin məlumata görə, sürücü idarəetməni itirdiyindən maşın ağaca çırpılıb. Nəticədə maşın yanıb. 

Yeri gəlmişkən, bir qədər əvvəl  Həştərxan vilayətində baş vermiş qəzada da 5 nəfər diri-diri yanaraq ölmüşdü. 

Milli.Az