Azərbaycanlı iş adamı vəfat etdi

29 İyul 2021 12:44

Azərbaycanlı iş adamı vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tanınmış azərbaycanlı iş adamı, məşhur fermer, "Hacıqabul Quşçuluq" şirkətinin sahibi Adışirin Babaşov dünyasını dəyişib.

Vurğulanıb ki, Adışirin Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində müalicə aldığı "Florence Nightingale" klinikasında ürək çatışmazlığından vəfat edib.

Mərhumun yaxınları iş adamının cənazəsinin 29.07.2021-ci il tarixində Azərbaycana gətiriləcəyini bildirib.

Allah rəhmət eləsin!

Milli.Az