Müəllim olmaq istəyən üç mindən artıq namizəd imtahan verir

29 İyul 2021 12:50

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün ingilis dili, rus dili və musiqi fənləri üzrə imtahanlar keçirilir.

Bugünkü imtahanlara 3 290 namizəd dəvət olunub.

Milli.Az