Müdafiə Nazirliyindən Ermənistan tərəfinin yaydığı məlumata reaksiya

29 İyul 2021 11:00

Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bidlrilib.

Bildirilib ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.

Milli.Az