Dünya bazarlarında qaz yenidən bahalaşıb

29 İyul 2021 10:44

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yenidən artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,61% artaraq 3,962 ABŞ dolları təşkil edib.

Milli.Az